Milli.Az
4.63K subscribers
27.4K photos
5.87K videos
9 files
18.7K links
Azərbaycanın milli xəbər saytı www.milli.az. Twitter-dəki nümayəndəliyimiz - https://twitter.com/#!/MilliAz.
https://www.instagram.com/milli.az/
Download Telegram
❗️Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
🤮2
❗️🇦🇿Yeni ombudsman seçiləcək
⚡️⚡️⚡️Bakıda körpə pilləkəndən yıxılaraq ölüb

Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
😢3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
👎1
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
👎1
⚡️Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib

Şagirdlərin “popkorn”dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
❗️Xalq artisti Zaur Rzayev vəfat edib. 

Uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
😢7
🥇🥋🇦🇿 “Böyük Dəbilqə”: Cüdoçumuz Balabəy Ağayev qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) qızıl medal qazanıb.
❤3
❗️Bakıda yük avtomobili qəza törədib, Koroğlu istiqamətində hərəkət məhdudlaşdırılıb

▪️Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəza törədib. Hadisə səbəbindən “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

▪️Polis hərəkətin bərpası üçün tədbirlər görür.
❤1
⚡️Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

▪️Prezident İlham Əliyev Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyini irəli sürüb.
❤3
❗️ Deputat Elman Nəsirovun xanımı olduğu iddia edilən qadın dispanserə yerləşdirilib

📌 Məlumata görə, Sevinc Nəsirova son günlər TikTok sosial şəbəkəsində yayılan görüntülərdən sonra dispanserə yerləşdirilib.

🔹 Onun deputatla ailə münasibətləri barədə məlumat rəsmi təsdiqini tapmayıb. Dispanserə yerləşdirilməsinin səbəbi də açıqlanmayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ankarada rəsmi açılış mərasimindəki fotoçəkiliş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.

Belə ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb.

Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib.
❤5
❗️Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

▪️ Oktyabrın 26-da Salyanda məktəblərdən birinə “Molotov kokteyli” atılaraq binaya ziyan vurulub.

▪️ Hadisəni törətməkdə şübhəli bilinən M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.
❤1
❗️Noyabrda yağıntının miqdarı bəzi ərazilərdə iqlim normasından çox olacaq - AYLIQ PROQNOZ

🌧 Noyabrda havanın temperaturu əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq.

🌡 Abşeronda gündüz 16–21, Aran rayonlarında bəzi günlərdə 24 dərəcəyədək isti gözlənilir.

❄️ Dağlıq ərazilərdə temperatur 10 dərəcəyədək şaxtaya enə bilər.
❗️Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb

📌 Hadisə Badamdarda yerləşən “EOS Junior” özəl uşaq bağçasında baş verib. Azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qaldığı bildirilir.

⚖️ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
🇦🇿 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib
❗️ Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

🔹 Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bununla bağlı məsələ səsə qoyularaq təsdiqlənib.

⚖️ Xatırladaq ki, məhkəmənin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəza şərti hesab edilib. Həmçinin əmlakının müsadirə olunması barədə qərar qəbul edilib.
❤2
Bakıda keçirilən FIFA U-15 dünya çempionatında A Divizionunun final qarşılaşması baş tutub.

Həlledici görüşdə İspaniya millisi Çexiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿📍 İlham Əliyev və İnfantino Bakıda keçirilən U-15 dünya çempionatının qalibi olan İspaniya millisinə kuboku təqdim edirlər.
❤3