Milli.Az
4.63K subscribers
27.4K photos
5.88K videos
9 files
18.7K links
Azərbaycanın milli xəbər saytı www.milli.az. Twitter-dəki nümayəndəliyimiz - https://twitter.com/#!/MilliAz.
https://www.instagram.com/milli.az/
Download Telegram
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye

Ətraflı: https://news.milli.az/society/1349177.html
👍1
❗️Salyanda oğul anasını, atasını və qardaşının həyat yoldaşını bıçaqlayıb.

▪️ Ana ölüb, ata və gəlin xəstəxanaya yerləşdirilib.

▪️ Faktla bağlı araşdırma aparılır.
❤2
⚖️ Model Razi Əliyevaya qarşı zorakılıqda təqsirləndirilən iş adamı Ziya Hüseynzadəyə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 2 il 6 ay vəzifə tutmaq hüququndan məhrum etməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə bəzi maddələr üzrə ona bəraət verib, xuliqanlıq və hədələmə maddələri üzrə isə müddət keçdiyi üçün cəza təyin etməyib.

İş üzrə Razi Əliyeva və daha iki şəxs zərərçəkmiş kimi tanınıb. Dövlət ittihamçısı əvvəlcə 8 il 6 ay həbs cəzası istəmişdi.
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı videoçarx paylaşılıb.
❤1
❗️Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Siyəzəndə meyiti tapılan qadının boğularaq öldürüldüyü məlum olub:

● Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyev şübhəli şəxs qismində saxlanılıb.

● Onun barəsində tamah məqsədilə adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
👍1
⚡️Dövlət Bağçalı:

· Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür.

· Türk dünyasındakı fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməlidir.

· Türk dünyasının gücü qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasındadır.
❗️Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib

▪️Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəza şərti tətbiq olunub.

▪️Onun əmlakları dövlət nəfinə xüsusi müsadirə edilib, dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
❤3😁2
❗️💡 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bildirilib ki, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nin ərazisindəki 6 kV-luq hava xəttində təmir işləri görüləcək. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılacaq.
❤1👍1
❗️Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirova 6 il həbs cəzası verildi

▪️ O, dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinib.

▪️ Eldar Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

▪️ O, Ramiz Mehdiyevin cinayət işi üzrə DTX tərəfindən istintaqa cəlb edilib.
❤2
Bu gün yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

🌧Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 🌡Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq.
🇦🇿 İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasına müraciət ünvanlayıb.
❤1
❗️ ❗️Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

🏛 Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.

⚖️ Qeyd olunub ki, korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir.

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır”.
❤1
🔴 Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.
😢5❤2😱1
Media is too big
VIEW IN TELEGRAM
Qadının bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Terminal qarşısında dayanan qadın bir anlıq diqqətsizlik edərək əlindəki pulu yerə salır. Arxasınca gələn digər qadın isə yerə düşən pulu götürərək heç nə olmamış kimi mağazadan uzaqlaşır.
👎6
💰 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq

📊 Təklif olunan məbləğlər:
🔹 Ölkə üzrə — 314 manat
🔹 Əmək qabiliyyətli əhali üçün — 334 manat
🔹 Pensiyaçılar üçün — 258 manat
🔹 Uşaqlar üçün — 274 manat
🔹 Ehtiyac meyarı — 314 manat

📈 Müqayisə üçün, 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat idi. Beləliklə, 2027-ci il üçün bu göstəricinin 14 manat artırılması təklif olunur.
💵Azərbaycanda aliment 260 manatdan 274 manata qaldırılır

2027-ci il yanvarın 1-dən Azərbaycanda minimum məbləği 260 manatdan 274 manata yüksələcək.

“Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində uşaqlar üçün yaşayış minimumunun 274 manat müəyyən edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, alimentin sabit pul məbləği uşaqlar üçün müəyyən edilən yaşayış minimumuna uyğun hesablanır.
❤1
❗️ İpoteka kreditlərinin verilməsində yeni qaydalar tətbiq edilib

Yeni qaydalara əsasən, Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxslər ipoteka krediti ala biləcəklər.

Müraciətlər zamanı saxtakarlığın qarşısını almaq üçün “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək.

İndiyədək 4,2 milyard manatlıq 61 minə yaxın ipoteka krediti verilib.
🇦🇿 XİN: İspaniyadakı faciəvi qatar qəzasından dərin üzüntü duyuruq

Azərbaycan Xarici İşlər Nazirliyi qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.

Nazirlik faciədən zərər çəkən hər kəsin yanında olduğunu bildirib və yaralananlara tezliklə şəfa arzulayıb.
❤3